Missiyamız sadədir

Azərbaycanda bizneslərin rəqəmsal səviyyəsini qaldırmaq — şablonsuz, ölçülə bilən nəticə ilə. Biznesinizin nəyə ehtiyacı olduğunu yaxşı bilirik, ona görə lazımsız heç nə satmırıq.

40+

təhvil verilmiş layihə

6+

il təcrübə

98%

məmnun müştəri

24/7

dəstək xətti

Nəyə inanırıq

Dörd prinsip hər layihədə, hər zəngdə, hər sətir kodda görünür.

Dürüstlük

Lazım olmayanı satmırıq. Sadə həll kifayətdirsə, onu deyirik — hətta bu, sifarişi kiçiltsə belə.

Sürət

Həftəlik nümayiş, şəffaf proses, vaxtında təhvil. Gözlətmirik, "sabah" demirik.

Keyfiyyət

Təmiz kod, 90+ PageSpeed hədəfi, sənədli təhvil. Saytınız illərlə stabil işləyir.

Dəstək

Təhvillə bitmir — monitorinq və baxım planı ilə saytınızın yanında qalırıq.

Ucuz saytın real qiyməti baha olur

300 manatlıq şablon sayt ilk ay sərfəli görünür. Sonra yavaşlıqdan müştəri itirir, hər yeniləmədə qırılır, Google-da geriləyir — və bir ildən sonra sıfırdan yığdırırsınız. Biz birinci gündən düz qururuq: sürətli, təhlükəsiz və böyüməyə hazır. Uzun müddətdə bu, ən ucuz yoldur.

Bizimlə işlə