Bütün xidmətlər

Vebsaytların hazırlanması

Dörd sayt növü: landing, korporativ, kataloq və e-ticarət. Hansının sizə uyğun olduğunu aşağıda açıqlayırıq.

Vebsaytların hazırlanması

Vebsaytların hazırlanması

Hansı sizə uyğundur?

Hər növün güclü tərəfi fərqlidir. Aşağıda hər birini açıqlayırıq: nə üçün seçməlisiniz və nə üçün ucuz şablon alternativi uzun müddətdə baha başa gəlir.

Landing page

Bir səhifəlik satış aləti: ziyarətçini tək addıma — zəngə, formaya və ya sifarişə yönəldir. Reklam trafiki üçün ən sərfəli format.

  • Konversiya strukturu
  • Meta/TikTok/Google pikselləri
  • 5–10 günə təhvil

Niyə seçməlisiniz

Reklama büdcə xərcləyirsinizsə, hər klik puldur. Landing diqqəti dağıtmır — hər blok müştərini növbəti addıma aparır və konversiya çoxsəhifəli saytdan dəfələrlə yüksək olur.

Niyə ucuz şablon yox

Hazır landing şablonları ağırdır, yavaş açılır və hamıda eyni görünür. Reklam alqoritmi yavaş səhifəni baha kliklə cəzalandırır — qənaət etdiyiniz 200 manat hər ay artıq reklam xərci kimi qayıdır.

Korporativ sayt

Şirkətin rəsmi təqdimatı: haqqımızda, xidmətlər, layihələr, karyera, əlaqə. Partnyor və tenderlər üçün etibar sənədiniz.

  • Çoxsəhifəli struktur
  • Sadə idarə paneli
  • AZ / RU / EN versiya

Niyə seçməlisiniz

Böyük müştəri və tender komissiyası sizinlə işləməzdən əvvəl mütləq sayta baxır. Səliqəli, sürətli korporativ sayt “bunlar ciddidir” mesajını sözsüz verir və satış danışıqlarını qısaldır.

Niyə ucuz şablon yox

Şablon korporativ saytlar eyni görünür, yavaşdır və çoxdilli idarəetmədə əziyyət verir. 2 ildən sonra yeniləmək istəyəndə məlum olur ki, şablonun çərçivəsindən çıxmaq olmur.

Kataloq saytı

Yüzlərlə məhsul və xidmətin nizamlı vitrini: filtr, axtarış və sorğu səbəti ilə. Onlayn ödənişsiz satış üçün ideal aralıq həll.

  • Filtr + ani axtarış
  • Sorğu səbəti (WhatsApp/email)
  • Excel-dən kütləvi idxal

Niyə seçməlisiniz

Topdan satış, istehsal və tikinti materialları sahəsində müştəri qiyməti və çeşidi görmək, sonra zəng etmək istəyir. Kataloq “şifahi qiymət” xaosunu bitirir, hər sorğu qeydiyyata düşür.

Niyə ucuz şablon yox

Min məhsulu şablon sistemə əl ilə daxil etmək və filtr yaratmaq əzabdır; ucuz həllər 500-cü məhsuldan sonra donmağa başlayır. Bizim kataloq minlərlə məhsulda da ani axtarış verir.

E-ticarət saytı

Tam onlayn mağaza: məhsuldan kartla ödənişə qədər bütün satış dövrü internetdə, sifariş paneli ilə.

  • Kartla ödəniş inteqrasiyası
  • Sifariş + anbar paneli
  • Kupon/endirim sistemi

Niyə seçməlisiniz

Mağazanız 24/7 açıq olur: gecə saat 3-də gələn sifarişi səhər hazır görürsünüz. Pərakəndə satışda onlaynsız qalmaq — rəqibə müştəri bağışlamaqdır.

Niyə ucuz şablon yox

Ucuz “mağaza şablonu”nda ödəniş yarımçıq, anbar əl ilə, sifariş vatsapda itib-batır. İlk fırıldaq cəhdi və ya yüklənmə günü sistem çökəndə itki şablonun qiymətindən qat-qat böyük olur.

Nələr daxildir

  • Sayt növünün düzgün seçimi
  • 90+ PageSpeed hədəfi
  • İdarə paneli + təlim

Ən böyük səhv “mənə sayt lazımdır” deyib növü səhv seçməkdir: reklama pul xərcləyənə landing, tenderdə iştirak edənə korporativ, yüzlərlə məhsulu olana kataloq, pərakəndə satışa e-ticarət lazımdır. Analiz zəngində biznesinizi dinləyib artıq xərc yaratmayan, əskik qoymayan növü tövsiyə edirik — lazımsız funksiyaya pul ödəmirsiniz.

Niyə ucuz şablon yox? Şablon + 20 plugin = yavaş açılış, hər yeniləmədə qırılma riski və hamıda eyni görünüş. Google yavaş saytı aşağı salır, müştəri isə 3 saniyədən çox gözləmir. Biz yalnız sizə lazım olanı yazırıq: sürətli açılış, təmiz idarə paneli, illərlə böyüyə bilən təməl.

Bütün sayt növlərində standart paket: mobilə tam uyğunluq, SEO-ya hazır struktur, spam-qorumalı formalar, SSL və gündəlik backup, təhvildə 1 ay pulsuz zəmanət və idarəetmə təlimi. Aşağıda hər növün detalları var.

Sifarişdən əvvəl bunları bilin

Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.

Qiymət nədən asılıdır

Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.

Bizə nə göndərin

Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.

Real müddət

“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.

Bunlara da baxın

Hamısı