CRM/ERP sistemlərinin hazırlanması
Fərq sadədir: CRM müştərini, ERP şirkətin daxilini idarə edir. Hansının sizə lazım olduğunu analizdə müəyyənləşdiririk.
CRM/ERP sistemlərinin hazırlanması
Nələr daxildir
- Satış hunisi + müştəri tarixçəsi
- Anbar + maliyyə uçotu
- Rol, icazə və hesabat paneli
CRM müştəri ilə işləyir: reklamdan gələn hər müraciət qeydiyyata düşür, satış hunisi mərhələlərlə irəliləyir, heç bir lead izsiz itmir. Müştəri kartında bütün tarixçə — zənglər, təkliflər, ödənişlər saxlanılır. Reklam mənbəyi hesabatı hansı kanalın real müştəri gətirdiyini göstərir.
ERP şirkətin daxilini idarə edir: anbar hərəkəti, alış-satış, kassa və bank, borclar, kadrlar və davamiyyət bir-birinə bağlı işləyir, məlumat iki dəfə daxil edilmir. Hər şöbə yalnız öz ekranını görür, hər əməliyyat audit jurnalına yazılır — kim, nəyi, nə vaxt dəyişib.
Çox vaxt ikisi birlikdə lazım olur: sifariş CRM-dən düşür, anbar və maliyyə ERP-də işlənir, rəhbər hər ikisinin hesabatını bir paneldə görür. Mövcud alətlərlə inteqrasiya edirik: ödəniş sistemləri, SMS/WhatsApp bildirişləri, mühasibat ixracı. Mərhələli keçid + komanda təlimi daxildir.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
