Bütün xidmətlər

Ödəniş sistemlərinin inteqrasiyası

Bank və ödəniş provayderlərinin sayt, mağaza və CRM-ə qoşulması.

Ödəniş sistemlərinin inteqrasiyası

Ödəniş sistemlərinin inteqrasiyası

Nələr daxildir

  • Kart + hissə-hissə ödəniş
  • Test rejimində yoxlama
  • Sifarişlə avtomatik bağlanma

Müştəri “sifariş et”i basıb ödəniş səhifəsində ilişirsə, satış orada bitir. Ödəniş inteqrasiyası təkcə düymə qoymaq deyil: provayder seçimi, müqavilə texniki tərəfi, test mühiti, uğursuz ödəniş ssenariləri və geri qaytarma axını — hamısını biz idarə edirik.

Hansı üsullar qoşulur: bank kartları (3D Secure ilə), hissə-hissə ödəniş, ödəniş linki ilə məsafədən ödəniş, fiziki POS-un onlayn dövriyyə ilə uzlaşması. Uğurlu ödəniş sifarişə avtomatik bağlanır, uğursuz cəhd qeydə alınır və müştəriyə təkrar cəhd linki göndərilir.

Təhlükəsizlik: kart məlumatları bizdə saxlanmır, əməliyyat provayderin qorunan səhifəsində gedir, bütün trafik şifrələnir. Canlıya keçməzdən əvvəl test kartları ilə bütün ssenariləri yoxlayıb təhvil veririk.

Sifarişdən əvvəl bunları bilin

Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.

Qiymət nədən asılıdır

Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.

Bizə nə göndərin

Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.

Real müddət

“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.

Bunlara da baxın

Hamısı