Vebsaytlara texniki dəstək
Aylıq baxım planı: uptime monitorinqi, təhlükəsizlik yamaları və kiçik dəyişikliklər.
Vebsaytlara texniki dəstək
Nələr daxildir
- Uptime monitorinq
- Backup
- Təhlükəsizlik yamaları
Sayt təhvil veriləndən sonra ən kritik dövr başlayır. Biz 24/7 monitorinq, gündəlik backup və paketlərin vaxtında yenilənməsini öhdəmizə götürürük.
Kiber təhlükəsizlik: şübhəli login cəhdlərinin bloklanması, fayl bütövlüyünün yoxlanması və zərərli bot trafikinin filtrasiyası daxildir.
Hər ay qısa hesabat alırsınız: uptime, sürət, görülən işlər. Kiçik mətn/şəkil dəyişiklikləri plana daxildir.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
