Bütün xidmətlər

AI və avtomatlaşdırma

Chat-botlar, sənəd emalı və proses avtomatlaşdırması — ölçülə bilən qənaətlə.

AI və avtomatlaşdırma

AI və avtomatlaşdırma

Nələr daxildir

  • Chat-bot (sayt + WhatsApp)
  • Sənəd və müraciət emalı
  • CRM ilə avtomatik bağlanma

Süni intellekt sehrli çubuq deyil, amma təkrar işlərdə əvəzsizdir: sayta gecə yazan müştəriyə cavab verən chat-bot, vatsapa düşən sorğuları kateqoriyalaşdırıb CRM-ə yazan emal, hesab-fakturaları oxuyub uçota salan sənəd avtomatlaşdırması. Hamısı real, sabahdan işləyən həllərdir.

Avtomatlaşdırma axınları da qururuq: yeni sifariş düşəndə anbara və kuryerə avtomatik bildiriş, ödəniş gecikəndə müştəriyə xatırlatma, həftəlik satış hesabatının rəhbərin poçtuna öz-özünə getməsi. İnsanlar “robot işi”ndən azad olub satışa və xidmətə fokuslanır.

Dürüst çərçivə: AI səhv edə bilər, ona görə kritik qərarlarda “insan təsdiqi” mərhələsi qoyuruq. Məlumatlarınız üçüncü tərəfə təlim üçün verilmir — məxfilik müqavilə ilə sabitlənir. Əvvəlcə 1 prosesi avtomatlaşdırıb qənaəti ölçürük, sonra genişləndiririk.

Sifarişdən əvvəl bunları bilin

Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.

Qiymət nədən asılıdır

Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.

Bizə nə göndərin

Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.

Real müddət

“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.

Bunlara da baxın

Hamısı