Mobil tətbiqlərin hazırlanması
Sifariş, loyallıq, çatdırılma və daxili istifadə üçün mobil tətbiqlər.
Mobil tətbiqlərin hazırlanması
Nələr daxildir
- iOS + Android (tək kod)
- Backend və API
- Store nəşri + yeniləmələr
Bəzi bizneslər tətbiqsiz böyüyə bilmir: daimi müştəriyə sifariş tətbiqi, kuryerə marşrut tətbiqi, kluba loyallıq tətbiqi. React Native ilə tək kod bazasından həm iOS, həm Android-ə çıxırıq — iki ayrı komanda saxlamaq lazım gəlmir, büdcə təxminən yarıya düşür.
Tətbiq təkbaşına işləmir: arxasında backend və API dayanır — sifarişlər, istifadəçilər, bildirişlər və ödənişlər serverdə idarə olunur. Saytınız və ya CRM-iniz varsa, tətbiqi eyni məlumatla danışdırırıq: müştəri saytda başladığını tətbiqdə bitirir.
Mağaza prosesi bizdədir: tərtibatçı hesablarının açılması, App Store və Google Play yoxlanış tələblərinə uyğunlaşma, push-bildirişlərin qurulması. Təhvil + 1 ay zəmanət, sonra versiya yeniləmələri üçün aylıq plan mümkündür.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
