Xüsusi layihələrin hazırlanması
Sayt növü olmayan, sıfırdan qurulan sistemlər: analiz, prototip və mərhələli təhvil.
Xüsusi layihələrin hazırlanması
Nələr daxildir
- Fərdi arxitektura
- MVP ilə təhvil
- Sənədli fiks qiymət
Bəzi ideyalar heç bir sayt növünə sığmır: elan portalı, bron sistemi, təhsil platforması, kuryer idarəetməsi, daxili dashboard. Belə layihələrdə əvvəlcə dinləyirik, sonra arxitektura çəkirik — hansı modul birinci, hansı sonra gələcək. Məqsəd ilk gündən minimum işlək məhsul (MVP) çıxarıb real istifadəçidən rəy almaqdır.
Niyə bunu seçməlisiniz: bazarda analoqu olmayan ideyanı hazır sistemə zorla sığışdırmaq olmur. Fərdi arxitektura sabah 10x böyüyəndə “yenidən yazaq” deməmək üçündür. Niyə ucuz şablon yox: şablonu “azca dəyişib” portal düzəltmək cəhdi 90% halda yarımçıq qalır — şablonun imkanları bitəndə layihə də dayanır, xərclənən pul batır.
Proses belə gedir: tələb analizi və texniki sənəd, kliklənə bilən prototip, mərhələli proqramlaşdırma (hər 1–2 həftədən bir nümayiş), test və təhvil. Qiymət funksionallıq siyahısından çıxır — sənədli fiks qiymət, sonra artım olmur. Təhvil paketi: mənbə kodu, sənədləşmə, admin təlimi və 1 ay pulsuz zəmanət.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
