Bütün xidmətlər

Laravel ilə proqramlaşdırma

Mürəkkəb biznes məntiqi, ödəniş axınları və inteqrasiyalar üçün Laravel.

Nələr daxildir

  • REST API
  • Admin panel
  • Növbə və cron

Laravel — dünyanın ən yetkin veb framework-lərindəndir: autentifikasiya, icazələr, növbə sistemi, planlaşdırılmış tapşırıqlar və test alətləri qutudan çıxır. Nəticə: az xəta, proqnozlaşdırıla bilən büdcə.

Onu harada istifadə edirik: ERP/CRM nüvəsi, ödəniş və sifariş məntiqi, çoxdilli kataloqlar, xarici servislərlə inteqrasiyalar (SMS, poçt, anbar, mühasibat).

Təhlükəsizlik Laravel-in güclü tərəfidir: CSRF/SS qoruma, SQL-inyeksiyaya qarşı ORM, şifrələmə və rate-limit standart gəlir.

Sifarişdən əvvəl bunları bilin

Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.

Qiymət nədən asılıdır

Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.

Bizə nə göndərin

Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.

Real müddət

“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.

Bunlara da baxın

Hamısı