Nələr daxildir
- SPA təcrübə
- Dashboard UI
- Nuxt SSR
Vue.js — öyrənməsi asan, nəticəsi sürətli framework-dur: səhifə yenilənmədən işləyən filtr, səbət, axtarış və canlı yenilənən panellər. İstifadəçi “sayt donmur” hissini sevir.
Onu harada istifadə edirik: məhsul kataloqları, sifariş panelləri, CRM interfeysləri, interaktiv formalar. Nuxt ilə birləşəndə SEO-itkisiz sürət alırıq.
Komponent yanaşması gələcək dəyişiklikləri ucuzlaşdırır: yeni bölmə köhnəni sındırmadan əlavə olunur.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
