Nələr daxildir
- Vue SSR
- Avto-optimizasiya
- Statik hosting
Nuxt — Vue ekosisteminin Next.js qarşılığıdır: server-side render, avtomatik kod-bölmə və SEO meta-idarəetməsi standart gəlir. Oxuduğunuz bu saytın özü Nuxt ilə yığılıb — sürətini canlı görürsünüz.
Onu harada istifadə edirik: korporativ saytlar, kataloqlar, bloq və xəbər portalları, Vue ilə yazılmış CRM/dashboard-ların müştəriyə açıq üzü. Statik generasiya rejimində sayt adi hostingdə, CDN-də belə işləyir.
Vue yazan komanda üçün öyrənmə əyrisi sıfırdır: eyni komponentlər həm idarə panelində, həm müştəri saytında işləyir — inkişaf xərci aşağı düşür.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
