Next.js ilə proqramlaşdırma
Sürətli marketpleys, portal və korporativ saytlar üçün Next.js.
Nələr daxildir
- SSR / SSG
- SEO-dostu React
- Yüksək trafik
Next.js — React-in “böyümüş” halıdır: səhifə serverdə hazır render olunub göndərilir. Nəticə həm Google-un sevdiyi tam HTML, həm də tətbiq kimi sürətli keçidlər. Klassik React SPA-ların SEO problemi burada yoxdur.
Onu harada istifadə edirik: böyük kataloq və marketpleyslər, çoxdilli korporativ saytlar, statik generasiya ilə ucuz saxlanılan yüksək trafikli səhifələr. Laravel və ya istənilən API ilə backend kimi işləyir.
Önbellek (caching) və şəkil optimizasiyası nüvədə gəlir: minlərlə səhifə millisaniyələr içində açılır, hosting xərci aşağı düşür.
Sifarişdən əvvəl bunları bilin
Vizyon sahibi olun: ucuz və tələsik həll ilk ay sərfəli görünür, amma bir ildən sonra çox vaxt sıfırdan yığdırırsınız. Düzgün başlanğıc uzun müddətdə ən ucuz yoldur.
Qiymət nədən asılıdır
Səhifə sayı, funksionallıq və inteqrasiyalar. Analizdən sonra fiks qiymət deyirik — sonra artım olmur.
Bizə nə göndərin
Loqo, mətnlər və bəyəndiyiniz 2-3 sayt nümunəsi kifayətdir. Mətniniz yoxdursa, birlikdə hazırlayırıq.
Real müddət
“3 günə sayt” vədi keyfiyyətə ziddir. Korporativ sayt 3-4 həftə, mürəkkəb sistem 6-10 həftə çəkir.
